×

Xəbərlər

Xəbərlər 25 Jul 2018
UFAZ-a qəbul imtahanı uğurla həyata keçirildi - Fransalı ekspert

UFAZ-a qəbul imtahanı olduqca professional və uğurlu şəkildə həyata keçirilib. Bu barədə açıqlamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) elm üzrə eksperti Pierre Collet verib. Tələbələrin rahat və maneəsiz şəkildə imtahan vermələri üçün hər cür şəraitin yaradıldığını qeyd edən ekspert Fransa tərəfi olaraq imtahanın gedişatından və təşkilindən olduqca razı qaldıqlarını vurğulayıb.

“Bütün suallar və imtahan prosesi fransız müəllimlər tərəfindən yoxlanılır. Burada imtahanlar da Strasburq Universitetinin proqramına uyğun şəkildə aparılır.”

Təhsil Nazirliyinin UFAZ-a böyük dətəyini qeyd edən Pierre Collet eyni zamanda ADNSU-nun onların istəklərini daim diqqətdə saxladığını bildirib. “Bu imtahan standart imtahanlar şəklində aparılmadığı üçün qəbul olunan tələbələr də UFAZ-ın istədiyi kimi həm savadlı, həm də istedadlı tələbələr olur”, - deyə o qeyd edib.

UFAZ-a qəbul olunan tələbələrin yüksək savad və dünyagörüşünə malik olduğunu vurğulayan ekspert bu cür tələbələrin onları seçməsindən böyük məmnunluq duyduğunu qeyd edib.

Pierre Collet Azərbaycanda təhsil almaq üçün ən yaxşıların seçildiyini söyləyərək bunun ölkənin təhsilə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb.


Paylaş