Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna səfərinin sonuncu günü Yuri Kondratyuk adına Poltava Milli Texniki Universiteti ilə ətraflı tanış olub. Qonaqlara elmi laboratoriyalar, mərkəzlər, müxtəlif inzibati və idarəedici qurumların otaqları, tədris auditoriyaları göstərilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin muzeyində fəxri qonaqlar kitabında öz ürək sözlərini yazıb.
Sonra nümayəndə heyətimiz şəhərdə qeyd olunan Ukrayna neft-qaz işçilərinin gününə həsr olunmuş yığıncaqda, İRT televiziya şirkətinin studiyasında keçirilən görüşdə iştirak edib.