Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018/2019-cu tədris ilin başlanması ilə əlaqədar işçi görüş keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti iştirak edib.
Rektor, professor Mustafa Babanlı 2018/2019-cu tədris ili üçün ADNSU və Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbulun nəticələri barədə məlumat verib, həmçinin Rusiya və Ukraynada iştirak etdiyi beynəlxalq konfransda keçirilən görüşlər, əldə olunan razılaşmalar haqqında danışıb.
Görüşdə qarşıdan gələn tədris ilinə hazırlıq, qarşıda duran məsələlər haqqında fikir mübadiləsi aparılıb.