×

Xəbərlər

Xəbərlər 19 Sep 2018
ADNSU tələbəsi Qazaxıstanda yay məktəbində iştirak edib

Dünyanın ən böyük neft yataqlarına xidmət şirkəti olan “Schlumberger” Azərbaycanda (Bakı) və Qazaxstanda (Aktau) yay məktəbində iştirak etmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üçüncü kurs tələbələri arasında xüsusi imtahan keçirib.

ADNSU-nun neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Elmar Bəydiyev “Schlumberger” şirkətinin Qazaxstanda keçirilən yay məktəbində iştirak etmək şansı qazanıb.

Yay məktəbi karyeralarını neft və sənaye sahəsində qurmağı planlaşdıran tələbələri “Schlumberger” şirkəti ilə tanış etmək üçün hazırlanmış bir həftəlik intensiv proqramdır. Bir həftə ərzində tələbələr şirkət tərəfindən təmin olunan məkanda yaşayaraq bir sıra məlumatlandırıcı seminarlar vasitəsilə “Schlumberger” haqqında öyrənmək imkanı əldə edirlər.


Paylaş