×

Xəbərlər

Xəbərlər 24 Sep 2018
ADNSU ilə Çin Neft Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Çin Xalq Respublikasının paytaxtı Pekində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı sentyabrın 23-də Çin Neft Universitetinin yaradılmasının 65 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Mərasim çərçivəsində ADNSU-nun rektoru, professor M.Babanlı və Çin Neft Universitetinin rektoru, professor Çan Laybin gələcək birgə fəaliyyət haqqında danışıqlar aparıblar. Danışıqların nəticəsi olaraq iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 


Paylaş