Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azercell Telekomun 2018/2019-cu tədris ili üçün növbəti Tələbə Təqaüdü proqramına həsr olunan tədbir keçirilib.
Tədbirdə Azercell Telekomun fəaliyyəti, tələbə təqaüdü və təcrübə proqramları haqqında tələbələrə ətraflı məlumat verilib. Təqaüd proqramına müraciət qaydaları, seçim prosesi və proqramın üstünlükləri izah edilib.
Daha sonra proqramın bütün seçim mərhələlərindən uğurla keçən tələbələrin cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlarını bildirilib. Həmçinin qeyd ediib ki, tələbələr bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək şansı da əldə edəcəklər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.