×

Xəbərlər

Xəbərlər 27 Sep 2018
Rektor Mustafa Babanlı təhsillərini ADNSU-da davam etdirəcək çinli tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı sentyabrın 25-də Lançjou Neft-kimya Kollecinin təhsillərini ADNSU-da davam etdirəcək 7 tələbə və onların valideynləri ilə görüşüb. Çinin şimal-qərb hissəsində aparıcı yer tutan Lançjou Neft-kimya Kolleci 60 illik tarixi ərzində ilk dəfədir ki, təhsillərini xaricdə davam etdirmək üçün 7 tələbə seçib. ADNSU-nun rektoru M.Babanlı tələbə və valideynlərin suallarını cavablandırıb və onlara ADNSU-da təhsilin üstünlükləri barədə məlumat verib.

ADNSU Lançjou Neft-kimya Kolleci ilə artıq bir ilə yaxındır ki, əməkdaşlıq edir və iki tədris müəssisəsi arasında sıx əlaqələr yaranıb. ADNSU-nun rektoru M.Babanlının Lançjou Neft-kimya Kollecinin rəhbərliyi ilə keçirilən bu dəfəki görüşündə əməkdaşlıq proqramı çərçivəsində qarşıdan gələn illərdə yüzlərlə istedadlı çinli gəncin ADNSU-da təhsil almağa gəlməsi planlaşdırılır.

 

Paylaş