Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTi) dəstəyi və universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Gənclər – Sağlamlığınızı qoruyun!” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirilib.
Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev gənclərə bu cür layihələrin əhəmiyyətindən danışıb, tələbələri aktiv olmağa çağırıb.
“Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov tələbələri salamlayaraq layihə haqqında tədbir iştirakçılarına məlumat verib.
Tanınmış dietoloq Tutu Zeynalova düzgün qidalanma, "fast food"ların ziyanı, GMO-nun orqanizmə təsiri və s. mövzularda çıxış edib.
Peşəkar idmançı və məşqçi Kamil Zeynallı idmanla məşğul olmağın hər bir gənc üçün faydalarından danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.