Oktyabrın 4-də “British Council Azərbaycan” ofisinin direktoru Summer Xianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov qonaqları salamlayaraq onlara universitet haqqında geniş məlumat verib. Görüş zamanı UFAZ və “British Council Azərbaycan” arasında baş tutacaq gələcək əməkdaşlıq haqqında danışan tərəflər bir sıra yeni hədəflər müəyyənləşdiriblər. Əməkdaşlığın əsasən tələbələrin inkişafı istiqamətində olacağını bildirən “British Council Azərbaycan” ofisinin direktoru Summer Xia bunun üçün ingiliscə təlimlərin təşkil olunmasının zərurətini qeyd edib. Bu təlimlərin “British Council Azərbaycan” ofisinin müəllimləri tərəfindən aparıla biləcəyini qeyd edən direktor bu sahədə onların UFAZ-a məmnuniyyətlə dəstək ola biləcəyini vurğulayıb.
Görüşdə həmçinin “Sahibkarlıq”, “Marketinq”, “İnsan Resursları” mövzularında təlimlərin keçirilməsi, UFAZ tələbələrinin “British Council Azərbaycan” ofisinin keçirdiyi mədəni tədbirlərdə iştirak etməsi, UFAZ tələbələrinə IELTS hazırlıq dərslərinin keçirilməsi kimi məsələlər də müzakirə olunub. Sonra qonaqlar UFAZ-ın laboratoriyası, dərs otaqları, açıq kitabxanası ilə tanış olub, dərs prosesində iştirak ediblər.