×

Xəbərlər

Xəbərlər 12 Oct 2018
ADNSU-da DAK sədrləri ilə görüş keçirilib

Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2017-2018-ci tədris ilində bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının (DAK) sədrləri ilə görüş keçirilib. Görüşdə attestasiya imtahanlarının təşkili, məzunların buraxılış işləri və onların hazırlıq dərəcəsinin təhsil standartlarının və ölkənin müasir iqtisadiyyatının tələblərinə uyğunluğunun qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı 2017-2018-ci tədris ilinin yekunları, universitetdə aparılmış işlər barədə məlumat verib. Bu il bakalavr səviyyəsinə 2866 nəfər, magistratura səviyyəsinə isə 601 nəfərin qəbul olunduğunu deyən rektor, professor Mustafa Babanlı ötən illərlə müqayisədə qəbulda orta bal göstəricisinin də yüksələrək 447-yə çatdığını bildirib. Rektor M.Babanlı ADNSU-da fəaliyyət göstərən Azİİ-İT-Club, “Eazi START” Startap və İnnovasiya Mərkəzi, ixtisasların akkreditasiyası, tələbələrin istehsalat təcrübəsi keçməsi, universitetin Məzun-Karyera Mərkəzinin fəaliyyəti haqqında toplaşanlara məlumat verib.

Tədbirdə çıxış edən DAK sədrləri 2017-2018-ci il tədris ilinin yekunları ilə bağlı buraxılış işlərinin səviyyəsinin, tələbələrin təqdimat etmə bacarıqlarının yüksəldiyini qeyd ediblər. Onlar universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi və iqtisadiyyatın tələblərinə uyğun şəkildə qurulması istiqamətində aparılan işləri yüksək qiymətləndiriblər. Bununla yanaşı DAK sədrləri buraxılış mövzularının daha konkret və ixtisasa uyğun olmasının əhəmiyyətini qeyd ediblər.

ADNSU-nun rektoru, professor M.Babanlı DAK sədrlərinə verilən təkliflərlərlə bağlı təşəkkürünü bildirib və ADNSU-nun dünya standartlarına uyğun təhsil verməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıb.


Paylaş