×

Xəbərlər

Xəbərlər 15 Oct 2018
ADNSU-da ATEF şirkəti ilə tələbələr arasında görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsində ATEF şirkəti ilə tələbələrin görüşü keçirilib. Görüşdə ATEF şirkətinin nümayəndələri şirkətin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin, ATEF şirkəti tərəfindən irəli sürülən ödənişli təlim proqramı fakültə əməkdaşlarına təqdim olunub. Görüşdə ADNSU ilə əməkdaşlıq, birgə təlimlər aparılması məsələləri təklif edilib. Təlimlərin bir hissəsinin ADNSU-da, digər praktiki hissəsinin isə ATEF şirkətinin istehsal müəssələrində keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ATEF şirkəti tərəfindən irəli sürülən təlimlər əsasən hərbi möhləti olan və ya hərbi xidmətdə olmuş məzunlara şamil olunur.  Sonda təlimləri uğurla başa vuran iştirakçılar şirkət tərəfindən işlə təmin olunur.

 


Paylaş