Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Xeyriyyə Klubunun üzvləri E.Mirzəyev adına Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində olublar. Şagirdlərin yaşayış şəraiti, dərsləri ilə maraqlanan tələbələr onlara müxtəlif hədiyyələr veriblər.
Qeyd edək ki, məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir.