×

Xəbərlər

Xəbərlər 15 Oct 2018
ADNSU-da daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib. Tədbirdə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Kadrlar şöbəsinin rəisi İlduzə Hüseynova, fakültə dekanları, kafedra müdirləri və işə qəbul olunan müəllimlər iştirak edib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan müəllimlər Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içiblər. Andiçmənin yazılı mətni müəllimin şəxsi imzası ilə işində saxlanılacaq.

Qeyd edək ki, müəllimlərin andiçməsi Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə əsasən həyata keçirilib.


Paylaş