×

Xəbərlər

Xəbərlər 16 Oct 2018
ADNSU-da “Standard Insurance” Sığorta Şirkətinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ASC “Standard Insurance” Sığorta Şirkətinin təşəbbüsü, İqtisadiyyat və Menecment fakültəsinin təşkilatçılğı ilə “Karyerada ilk addımlar” adlı təcrübə layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşdə İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov, “Standard Insurance” sığorta şirkətinin rəhbəri Anar Sadıxov, həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Vüqar Əliyev, “Asprof” şirkətinin direktoru Cahid Qurbanov, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Anar İslamov, Aydan Xankişiyeva, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

“Standard Insurance” ilə əməkdaşlığın əhəmiyyətindən danışan İqtisadiyyat və Menecment fakültəsinin dekanı İlham Rüstəmov ADNSU tələbələrinin gündəlik təcrübə proqramı çərçivəsində şirkətdə təcrübə keçdiklərini qeyd edib.

“Standard Insurance” sığorta şirkətinin rəhbəri Anar Sadıxov tələbələrlə bu cür görüşlərin keçirilməsinin onların gələcək karyeraları üçün olduqca vacib bir addım olduğunu bildirib, həmçinin karyerada ilk addımları atmaq üçün zəruri olan məqamlardan danışıb.

Tədbirdə sığorta sahəsində olan inkişaf barəsində tələbələrə geniş məlumat verilib, yeni nəsil sığortaçılara ciddi ehtiyac olduğu vurğulanıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat və Menecment fakültəsinin tələbəsi Orxan Gülməmmədli keçən tədris ilindən Standard Sığorta Şirkətində təcrübəyə cəlb olunub. 5 ay təcrübə keçdikdən sonra Standart Sığorta Şirkətinə işə cəlb olunub. Hazırda sığorta agenti kimi fəaliyyət göstərir.


Paylaş