Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Avropa Komissiyasının Azərbaycanın ali təhsil sistemində Tədqiqatın İnkişafı və İnnovasiyanın Gücləndirilməsi layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajewski ilə görüşüb. Görüşdə “Microsoft Azerbaijan” şirkətinin biznesin inkişafı üzrə meneceri Emin Axundov və universitetin İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli də iştirak edib.
Rektor, professor M.Babanlı qonaqlara ADNSU haqqında ətraflı məlumat verib, universitetdə elm və innovasiya sahəsində görülən işlərdən danışıb. Görüşdə layihə çərçivəsində birgə əməkdaşlıq barədə müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin məqsədi ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsi və idarə edilməsinə dəstək göstərməkdir.