×

Xəbərlər

Xəbərlər 23 Oct 2018
UFAZ-da evsiz heyvanlar üçün xeyriyyə aksiyası keçirilib

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrin təşəbbüsü ilə yaradılan "Animal Care Club of UFAZ"-ın evsiz heyvanlara yardım üçün təşkil etdiyi xeyriyyə aksiyası keçirilib.

Aksiyada tələbələr tərəfindən hədiyyə edilmiş müxtəlif növ kitablar, evdə hazırlanmış un məmulatları və aksesuarlar təqdim olunub. Tədbirin sonunda toplanan məbləğ sahibsiz heyvanların qida, həkim və sığınacaq xərclərinin qarşılanmağına istifadə olunacaq.

Qeyd edək ki, "Animal Care Club of UFAZ" tələbələr tərəfindən evsiz və ya yaralı heyvanlara yardım və heyvan sığınacaqlarına qrup şəklində ziyarətlər məqsədilə yaradılıb. Klubun missiyası danışa bilməyən, amma bizim kömək əlimizin uzadılmasına ehtiyacı olan heyvanlara qayğı göstərməkdir.

 


Paylaş