×

Xəbərlər

Xəbərlər 24 Oct 2018
ADNSU-nun startap mərkəzinin layihələri beynəlxalq festivalda təqdim olunub

16-18 oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Eazi Start" Startap və İnnovasiya Mərkəzinin beynəlxalq tərəfdaşı olan "Sikorski Çellenc" (Ukrayna) Biznes İnkubatorunun Ukrayna Texniki Universitetində növbəti festivalı baş tutub.

ADNSU-nun tərəfdaş qurum kimi təmsil olunduğu tədbirdə universitetin elm və texnika üzrə prorektoru, dosent Rauf Əliyarov festivalın jüri üzvü kimi layihələrin qiymətləndirilməsində iştirak edib. ADNSU tələbəsi və "Eazi Start"ın üzvü olan Əkbər Cəlilov öz növbəsində startap mərkəzimizdə inkişaf etdirilən iki layihənin - "Ağıllı klaviatura" və "GardenX" ağıllı dibçəyinin prototipini jüriyə və tamaşaçılara təqdim edib.

Yerli mətbuat orqanlarına müsahibəsində Rauf Əliyarov Ukrayna Texniki Universitetinin və "Sikorski Çellenc" Mərkəzinin rəhbərlərini çoxsaylı və maraqlı layihələrə görə təbrik edib, onların ADNSU və "Eazi Start" ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, daha çox müştərək startapların ərsəyə gələcəyinə ümid etdiyini bildirib.


Paylaş