Oktyabrın 24-də Erasmus+ Mübadilə Proqramı çərçivəsində Azərbaycanda qonaq olan İspaniyanın Alkala Universitetinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşları Buitrago Jimenez Daniel və Lopez Gomez Silvia Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə tanış olub.
UFAZ-da mükəmməl təhsil üçün hər cür şəraitin yaradıldığını bildirən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katibi Şarlotta Payen universitetdə tədris olunan ixtisaslar, tələbə kontingenti və tədris üsulları haqqında qonaqlara geniş məlumat veriblər.
Daha sonra qonaqlar UFAZ-ın auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış olublar.