×

Xəbərlər

Xəbərlər 25 Oct 2018
ADNSU-nun rektoru mərakeşli Azİİ məzunu ilə görüşüb

Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda olan Mərakeşin Daxili İşlər Nazirliyində “Sənaye müəssisələrində ekoloji aspektlər və əməyin mühafizəsi” üzrə mötəbər vəzifədə çalışan ADNSU (keçmiş Azİİ) məzunu Harrath Raşid ilə görüşüb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor M.Babanlı universitetin tarixi, tədris prosesi, fakültələr, beynəlxalq əlaqələr, ikinci ali təhsil, startap layihələri, əcnəbi tələbələr və digər məsələlər haqqında qonağa ətraflı məlumat verib.

İllər sonra təhsil aldığı universitetdə olmaqdan qürur hissi keçirdiyini deyən H.Raşid ADNSU-da təhsilin daha da inkişaf etdiyini və yeni islahatların aydın müşahidə olunduğunu qeyd edib.

Görüşdə Mərakeşin ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.


Paylaş