×

Xəbərlər

Xəbərlər 02 Nov 2018
ADNSU-nun layihəsi Kişinovda beynəlxalq müsabiqənin qaliblərindən biri seçilib

Moldovanın paytaxtı Kişinyov şəhərində “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2018) keçirilib.

Konfrans EaPConnect layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əməkdaşlığın təşkili məqsədi daşıyıb.

Tədbir çərçivəsində, həmçinin kibertəhlükəsizlik, bulud xidmətləri, o cümlədən milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçirilib, “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Mükafatçılar sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Faydalı qazıntı yataqlarının süxurlarının fiziki xassələri" laboratoriyasının müdiri, f.-r.e.d. Ədalət Həsənov da olub. Laboratoriya əməkdaşları tərəfindən təqdim edilmiş "Azərbaycanda neft və qaz yataqlarının öyrənilməsinə dair vahid məlumat bazasının yaradılması" mövzusunda olan layihə “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərindən biri seçilib.

Tədbirdə məruzə ilə çıxış etmiş Ə.Həsənov konfrans iştirakçılarına layihə barədə məlumat verib və aparılacaq tədqiqatların əhəmiyyətini vurğulayıb.


Paylaş