×

Xəbərlər

Xəbərlər 02 Nov 2018
Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Weir Oil and Gas” şirkətində olub

Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Weir Oil and Gas” şirkətində olub.

Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin Elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, “Neft-qaz istehsalı” kafedrasının müdiri, v.m.ə.e. Cəmaləddin Aslanov, “Maşınqayırma və materialşünaslıq” kafedrasının müdiri, dosent Tahir Cabbarov, “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic və Weir SOS Limited & Weir Solutions FZE nümayəndəliyinin Azərbaycan və Qazaxıstan üzrə rəhbəri Fərid Ağayev iştirak edib.

Görüşdə tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçməsi, işə cəlb olunması, həmçinin laboratoriya, məşğələ dərslərinin müəssisələrdə keçirilməsi, həmçinin şirkərin təcrübəli mütəxəssislərinin "dəvətli professor" qismində universitetə dəvət olunması ilə bağlı müzakirələr aparılıb.

Sonda ikitərəfli əməkdaşlıq barədə razılıq əldə olunub.


Paylaş