×

Xəbərlər

Xəbərlər 05 Nov 2018
ADNSU-da tələbələrin tibbi müayinəsi həyata keçirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 1-ci kurs tələbələrinin tibbi müayinəsi davam etdirilir. Noyabrın 1-dən başlayan müayinələr poliklinika şöbəsində həyata keçirilir.

Müayinə Səhiyyə Nazirliyinin 18 saylı 15.09.2015-ci il tarixli əmrinə əsasən Ali məktəblərin 1-ci kurs tələbələri arasında xəstəliklərin (vərəm, malyariya və s.) vaxtında aşkarlanması və profilaktikası məqsədilə aparılan aparılır.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayından etibarən universitetin yuxarı kurs tələbələri və magistrantlarının da tibbi müayinədən keçməsi nəzərdə tutulub.


Paylaş