Noyabrın 16-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev bu tarixi günün əhəmiyyətindən danışıb. 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən Ata Babayev xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında mühüm rol oynadığını bildirib.
Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edib, dirçəliş hərəkatının öyrənilməsinin, onun gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə İctimai fənlər kafedrasının professoru, İradə Nuriyeva, dosent Yaşar Əhmədov, ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova çıxış edərək Milli Dirçəliş Gününün tarixi, o dövrün siyasi prosesləri haqqında danışıblar.
Sonda ADNSU-nun Yeni Azərbaycan Partiyasına üzv olan bir qrup tələbə və əməkdaşına partiya biletləri təqdim olunub.