Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Beynəlxalq Təhsil Həftəsi” çərçivəsində “British Council ilə IELTS və digər imkanlar” mövzusunda seminar keçirilib.
Görüşdə “British Council Azərbaycan” ofisinin imtahanlar üzrə koordinatoru Cavid Qulusoy və layihə rəhbəri Flora Poladova iştirak edib.
Qonaqlar Böyük Britaniya və dünyanın bir çox ölkələrinin ali məktəblərinə qəbul şərtlərindən biri olan Beynəlxalq İngilis dili imtahanı (IELTS), “British Council Azərbaycan” ofisinin keçirdiyi professional sertifikat imtahanları və digər imkanlar haqqında tələbələrə geniş məlumat verib.
Sonda UFAZ tələbələrini maraqlandıran suallar cavablandırılıb.