Noyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Qazprom Qeoloqorazvedka” MMC-nin universitetin Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda (SMİİYİ) kurs keçən əməkdaşları ilə görüşüb. Rektor, professor Mustafa Babanlı ali məktəbin tarixi, tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, startap layihələri və s. haqqında qonaqlara məlumat verib, həmçinin ixtisasartırma sahəsində son illərdə əldə olunan kəmiyyət və keyfiyyət göstəriciləri haqqında danışıb.
Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən “Qazprom Qeoloqorazvedka” MMC-nin Şelfdə geoloji-kəşfiyyat işlərinin təşkili idarəsinin quyuların tikintisinə nəzarət şöbəsinin rəisi İvan Nataşkin və Şelfdə geoloji-kəşfiyyat işlərinin təşkili idarəsinin geologiya şöbəsinin rəisi Sergey Kurdin onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, İvan Nataşkin və Sergey Kurdin 19-23 noyabr tarixlərində ADNSU-nun SMİİYİ-də ixtisasartırma kursunda iştirak edəcək.