Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Huawei-Azərbaycan şirkətinin “Seeds for the Future” layihəsi çərçivəsində Çinə 2 həfətlik təlimə gedən tələbələrlə görüşüb.
Tələbə mübadiləsi sahəsində ADNSU-nun xarici universitetlərlə əlaqələrinin genişləndiyini deyən rektor, professor M.Babanlı mübadilə sayəsində gənclərin xaricdə təcrübə keçməsinin əhəmiyyətinə toxunub. ADNSU tələbələrinin Huawei-Azərbaycan şirkəti tərəfindən keçirilən seçimlərdəki fəallığını yüksək qiymətləndirdiyini bildirən rektor M.Babanlı eyni zamanda gənclərin İT sahəsində biliklərinin arıtılmasının vacib olduğunu qeyd edib. Rektor M.Babanlı tələbələrə ölkəmizi layiqincə təmsil etməyi, eyni zamanda yeni təcrübə və biliklər qazanaraq vətənə dönməyi tövsiyə edib.
Qeyd edək ki, ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) 3 nəfər tələbəsi: Talibzadə Leyla, Hacıyeva Nəzrin və Kamilov Sübhan noyabr ayının 30-dan dekabrın ayının 16-na kimi “Huawei” şirkətinin baş qərargahında iki həftəlik təlim keçəcək. Xatırladaq ki, seçim dünyanın 200-dən çox ali məktəblərində texniki ixtixsaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr arasında aparılıb və Azərbaycandan müxtəlif universitetlərdən 10 nəfər tələbə təlimdə iştirak şansı qazanıb.