18-22 noyabr tarixlərində Nyu York Şəhər Universiteti, Barux Kollecinin Ziklin Məktəbinin professoru Qing Hu ADNSU-da olub. ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə görüşən Ziklin Universitetinin professoru Qing Hu, BA Proqramlarının direktoru Rafiq Əliyev və MBA Proqramının tələbələri ilə müxtəlif görüşlər keçirib, həmçinin BA Proqramlarının tədris metodikası ilə yaxından tanış olub. Səfər çərçivəsində 3 ixtisas (MS in Finance (MSF), MS in Master of Science in Information Systems (MSIS), MS in Master of Science in Marketing (MSM) üzrə Ziklin və ADNSU arasında əməkdaşlıq sazişinin imzalanması müzakirə olunub.
Qeyd edək ki, saziş çərçivəsində MSF, MSIS, MSM Proqramlarına qəbul olunmuş tələbələrin təhsillərinin bir qismini Ziklin Universitetində, bir qismini isə ADNSU-da yerinə yetirmələri və təhsillərinin sonunda hər iki Universitet üzrə iki diplom verilməsi nəzərdə tutulur.
Görüşlərdə Almaniyanın Zigen Universitetin professoru Ulrix Eberhardt da iştirak edib.