Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İqtisadiyyat və Menecment” fakültəsinin “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının təşkilatçılığı ilə Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin “Personalın uçotu” şöbəsinin rəisi Aida Xalıqverdiyeva tələbələrə “Menecment” fənni üzrə açıq dərs keçib. Tələbələrin istehsalat rəhbərləri və mütəxəssislərlə mütəmadi görüşlərin təşkili çərçivəsində baş tutan açıq dərsdə kafedra müdiri, professor Qəzənfər Süleymanov, dosentlər Arzu Mirheydərova, Kamran İsayev, baş müəllim Çingiz Məmmədov iştirak edib.
Maraqla dinlənilən mühazirədə SOCAR-da işə qəbul mexanizmi, istehsalatda personalın ixtisasının artırılması və iş vaxtının səmərəli istifadəsinə nəzarət məsələləri geniş şərh olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.