Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İqtisadiyyat və Menecment” fakültəsində Vergilər Nazirliyinin baş vergi xidməti müşaviri, i.e.n., dosent Zahid Rzayev tələbələrə açıq dərs keçib. “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə Zahid Rzayev vergitutma sahəsində həyata keçirilən islahatlar haqqında maraqlı məlumatlar verib.
Növbəti açıq dərsdə Azərbaycan Beynəlxalq Bankının Koorperativ biznesin inkişafı departamentinin qeyri-kredit məhsulları şöbəsinin baş mütəxəssisi Kamilla Hüseynova kreditin verilməsi haqqında qərar qəbulu, risklərin qiymətləndirilməsi mərhələləri və s. haqqında tələbələrə məlumat verib.