Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində növbəti film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları salamlayaraq Azərbaycan kinosunun tarixi əhəmiyyətindən söz açıb.
Azərbaycan Dövlət Film Fondunun aparıcı mütəxəssisi, kinoşünas Şəhla Əmirli Azərbaycan kinosunun tarixindən və bədii və sənədli filmlərin təbliği istiqamətində görülən işlrdən, eləcə də sənədli filmlərin gənclərin formalaşmasındakı rolundan danışıb.
Daha sonra Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadənin tanınmış Azərbaycan rəssamlarından bəhs edən “Üfüqü ötənlər” filmi nümayiş olunub.