Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə kitab sərgisi keçirilib.
Aksiyanın məqsədi leykemiya (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliyə düçar olan uşaqlara yardım üçün vəsait toplamaqdır.
Bir çox Azərbaycan və dünya yazarlarının kitabları nümayiş olunan sərgidə ADNSU tələbələri böyük aktivlik nümayiş etdiriblər. Sərgi 2 gün davam edəcək.
Qeyd edək ki, satış sərgidə əldə olunan vəsait qan xərçəngi ilə mübarizə aparan uşaqlara və böyüklərə xərclənir.