×

Xəbərlər

Xəbərlər 07 Dec 2018
Ufa Dövlət Neft-Texniki Universitetinin müəllim və tələbələri ADNSU-da ezamiyyətdə olublar

Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının universitetlərarası tədbirlərin həyata keçirilməsi çərçivəsində Rusiyanın Ufa Dövlət Neft-Texniki Universitetinin dosenti və 6 nəfər tələbəsi 3-7 dekabr tarixlərində Akademik mobillilik proqramı üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ezamiyyətdə olublar.

“Texnoloji maşın və avadanlıqlar” ixtisasının “Neft qaz avadanlığının istismarının xidmət texnologiyaları”, “Neftin qazın emalı avadanlıqları”, “Perspektiv materiallar və onların konstruksiyalarda diaqnostikası” proqramları üzrə təhsil alan 6 nəfər tələbə və qrupa rəhbər qismində “Texnoloji maşın və avadanlıqlar” kafedrasının dosenti, “Neft qaz sənayesi obyektlərinin servis xidməti” şöbəsinin rəhbəri Pyotr Kulakov ADNSU-da müxtəlif şöbələrdə olub.

Proqram çərçivəsində Neft-mexanika fakültəsində bir sıra görüşlər keçirilib. Fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov son illərdə rektor, professor Mustafa Babanlının rəhbərliyi ilə universitetdə həyata keçirilən islahatlardan danışıb, həmçinin fakültənin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti, fakültədə həyata keçirilən təhsil, elm, tədris-metodiki istiqamətdə innovativ texnologiyaların tətbiqi ilə əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qonaqlar universitetin Lazer Mərkəzində olub, fakültənin nəzdində fəaliyyət göstərən “Nanomateriallar və Nanotexnologiyalar” Elmi tədqiqat laboratoriyasında СЕМ cihazı ilə tanış olublar.

Proqram çərçivəsində fakültədə professor-müəllim heyəti ilə “Qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib.


Paylaş