×

Xəbərlər

Xəbərlər 10 Dec 2018
ADNSU “Web of Science”da universitetlərarası nəşr lideri oldu

Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Web of Science” elmi bazası üzrə statistik  təhlilə görə uğurlu nəticələr göstərib.

Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib.

Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları müxtəlif kateqoriya və nominasiyalar üzrə azərbaycanlı alimlərə təqdim edilib.

Beləliklə də müsabiqənin nəticələrinə görə ADNSU Universitetlər arasında “Web of Science”da nəşr liderləri sırasında qərarlaşıb.

ADNSU rektorunun müşaviri, dosent Ziya Əliyev isə Təbiət Elmləri üzrə ən məhsuldar müəlliflər nominasiyası üzrə qaliblər sırasında olub.


Paylaş