×

Xəbərlər

Xəbərlər 12 Dec 2018
ADNSU-nun rektoru Birinci Milli Layihə Menecmenti Forumunda iştirak edib

Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Birinci Milli Layihə Menecmenti Forumunda iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Tahir Mirkişili və digər mötəbər qonaqlar iştirak edib.

Azərbaycan Layihə Menecmenti Assosiasiyasının prezidenti İqbal Babayev dünyada və Azərbaycanda layihə menecerləri ilə bağlı məlumat verib, bu forumun hər il davamlı olaraq keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı layihə menecerlərinin inkişafına dəstək olunmasının əhəmiyyətini qeyd edib, bu sahəyə dövlət dəstəyindən danışıb.

Forumda ölkənin ən aparıcı şirkətlərinin peşəkar layihə menecerləri öz təcrübələrini paylaşıb, işgüzar əlaqələr qurublar, beynəlxalq sertifikasiya sistemi haqqında ətraflı biliklər əldə ediblər.

Daha sonra tədbir öz işini panel iclaslarla davam edib.


Paylaş