×

Xəbərlər

Xəbərlər 12 Dec 2018
ADNSU-da Ufa Dövlət Neft Texniki Universitetinin rektoru ilə görüş keçirilib

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, akademik Ramil Baxtizin ilə görüşüb.

Əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı mübadilə prosesindən və yeni layihələrdən danışıb. UDNTU ilə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıran rektor M.Babanlı yeni elmi əməkdaşlıq imkanlarından söz açıb.

ADNSU-da olmaqdan və akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tələbələrin 67-ci elmi texniki konfransında iştirakdan məmnun olduğunu deyən UDNTU-nun rektoru Ramil Baxtizin yeni elmi əməkdaşlığın əhəmiyyətinə toxunub.

Daha sonra R.Baxtizin universitetin tarix muzeyində və Azad Mirzəcanzadə adına kabinetdə olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


Paylaş