×

Xəbərlər

Xəbərlər 14 Dec 2018
ADNSU tələbəsi beynəlxalq idman yarışında uğurlu nəticə göstərib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ZU proqramı üzrə təhsil alan 3-cü kurs tələbəsi Əliş Nəzərov Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının V ağır atletika çempionatında uğurlu nəticə göstərib.

50-dən çox ölkənin iştirak etdiyi, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterili yarışda 102 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdənqaldırma və təkanla qaldırma hərəkətləri üzrə 309 kq (142+167) nəticə ilə ikinci olub.

ADNSU tələbəsi bu yaxınlarda Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Qeyd edək ki, Ə.Nəzərov Azərbaycan Respublikasının idman ustası, 4 qat Azərbaycan çempionu və Azərbaycan Kubokunun sahibidir.


Paylaş