×

Xəbərlər

Xəbərlər 18 Dec 2018
Kapital Bankın departament direktoru ADNSU tələbələrinə açıq dərs keçib

Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İqtisadiyyat və Menecment” fakültəsinin “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının təşkilatçılığı ilə Kapital Bankın Korporativ Satışlara Dəstək Departamentinin direktoru İlahə Qazıyeva "Sənayenin təşkili və idarə edilməsi" ixtisası üzrə təhsil alan tələbələrə “Bank işi” fənni üzrə açıq dərs keçib.

Açıq dərsdə kafedra müdiri, professor Qəzənfər Süleymanov, təcrübə rəhbəri, baş müəllim Çingiz Məmmədov və kafedranın digər müəllimləri iştirak edib.

İlahə Qazıyeva tələbələrə Kapital Bankın iş prinsipi haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.


Paylaş