×

Xəbərlər

Xəbərlər 07 Jan 2019
ADNSU-nun Tələbə Gənclər Təşkilatı “İlin TGT-si” seçilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ilin nominasiyalarını təqdim etmək üçün ziyafət tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək öz ürək sözlərini tələbələrlə bölüşüblər.

Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Cari ildə Bakı şəhəri ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrindən tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "İlin TGT-si" mükafatına layiq görülüb. Universitetimizin Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tərəfindən sertifikat və mükafat ilə təltif olunub. Həmçinin, ATGTİ ilə sıx əməkdaşlıq etdiyinə, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev "İlin Prorektoru" mükafatı ilə təltif edilib.


Paylaş