Aprelin 10-da Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş energetiki Tahir Cəfərov “dəvətli professor” qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin tələbələri ilə görüşüb.
Təmsil etdiyi qurum haqqında ətraflı məlumat verən Tahir Cəfərov tələbələrlə öz təcrübəsini bölüşüb. AREA-nın baş energetiki “Energetika sistemində baş verən qəzalar” mövzusunda mühazirə keçib. Sonda tələbələrin suaları cavablandırılıb.
Qeyd edək ki, Tahir Cəfərov 2013-cü ildən AREA-nın baş energetiki vəzifəsində çalışır. O “Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu”, “Elektroenergetika – varlıqla yoxluğun astanasında” kitablarının və energetika sisteminin fəaliyyət effektivliyinin artırılması, SES-lərin təhlükəsizliyi, müasir texnologiyaların energetikaya tətbiqi, bərpa olunan enerjidən istifadə və digər məqalələrin müəllifidir.