×

Xəbərlər

Xəbərlər 07 Aug 2023
ADNSU-nun tələbəsi növbəti dəfə Dünya çempionatının qızıl medalını qazanıb

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən Dünya çempionatında qızıl medal qazanıb. İdmançımız, paralimpiya çempionu 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.İsrafilov bununla da Paris-2024 17-ci Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, V.İsrafilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dordüncü kurs tələbəsidir. Energetika fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alır. V.İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. Təhsili ilə yanaşı, idmana xüsusi önəm verib. İndiyə qədərki sonuncu möhtəşəm uğuruna qədər bir çox beynəlxalq yarışaların qalibi olub, o cümlədən dünya birincisi olub.


Paylaş