×

Xəbərlər

Xəbərlər 19 May 2023
ADNSU-da «Ətraf mühitin kimyası və toksikologiyanın əsasları» fənnindən açıq dərs keçirilib

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya texnologiya faküktəsinin (KTF) “Neft-kimya texnologiyası və sənaye ekologiyası ” kafedrasında «Ətraf mühitin kimyası və toksikologiyanın əsasları» fənnindən “Dəvətli professor” layihəsi çərçivəsində açıq dərs keçirilib. “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələrinə dəvətli qonaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi-Geoloji Kəşfiyyat Agentliyinin Layihə meneceri Məlikov Həmid Ağa «Kumulyasiya əmsalının ilkin qatılıq həddində təyini. Zəhərli maddələrə öyrəşmə və birgə təsirlər» mövzusunda açıq dərs keçib.

Açıq dərsdə Məlikov Həmid Ağa Kumulyasiya əmsalının ilkin təsir qatılıq həddində təyin edilməsi üsulları,  zəhərli maddələrə öyrəşmə və birgə təsirlər,  orqanizmin zəhərli maddələrə öyrəşməsi, həmçinin öyrəşmənin üç fazası, ilkin reaksiyalar fazası, inkişaf fazası, pozulma fazası haqqında ətraflı məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş