×

Xəbərlər

Xəbərlər 12 Dec 2017
UFAZ-da ulu öndərin anım günü qeyd olunub

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov toplaşanlara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Azərbaycan Respublikasının keçmiş SSRİ respublikaları arasında son yerlərdən birini tutduğunu deyən V.Əsgərov Heydər Əliyevin idarəçiliyə gətirilməsindən sonra ölkəmizin iqtisadi qüdrətinin artdığını və keçmiş ittifaq məkanında öndə gedən respublikalardan birinə çevrildiyini  vurğulayıb.

1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığı zaman Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu söyləyən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin parçalanmaq təhlükəsindən xilas olduğunu qeyd edib. Sonrakı illərdə ulu öndərin iradəsi və təşəbbüsü ilə gerçəkləşdirilən iqtisadi layihələrin sayəsində Azərbaycanın inkişaf tendensiyasının dönməz xarakter aldığını qeyd edən Vazeh Əsgərov Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğunu vurğulayıb. O ulu öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha böyük uğurlar qazandığını vurğulayıb. Azərbaycanda təhsilin inkişafına, gənc nəslin müasir biliklərə yiyələnməsi məsələsinə dövlətin xüsusi qayğı ilə yanaşdığını qeyd edən Vazeh Əsgərov ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetinin yaradılmasını bu diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.


Paylaş