×

Xəbərlər

Xəbərlər 12 Dec 2017
ADNSU-nun rektoru “The University Rankings” təşkilatının nümayəndələri ilə görüşüb

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “The University Rankings” təşkilatının Rusiya və MDB ölkələri üzrə regional direktoru İqor Yablokov və Strateji həllər üzrə direktoru Maykl Karuana ilə görüşüb.

ADNSU-nun rektoru professor M.Babanlı universitetdə yüksək keyfiyyətli tədrislə yanaşı universitetin adının daha yüksək pillələrdə qərarlaşması üçün bütün səylərin davam etdiriləcəyini deyib.

Təmsil etdikləri reytinq təşkilatı barədə ətraflı məlumat verən “The University Rankings” təşkilatının nümayəndələri reytinqə düşmək və yüksək pillələrdə qərarlaşmaq üçün ciddi kriteriyalarının olduğunu qeyd ediblər.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.


Paylaş