Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ABŞ-ın Vircinya Dövlət Universitetinin keçmiş rektoru Keyt T. Miller universitetin İntellektual Mülkiyyətin İdarəetmə Mərkəzinin komandası ilə görüşüb.
Görüşün məqsədi universitetin innovasiya fəaliyyəti ilə tanışlıq, universitetlə biznes qurumları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması və universitetin əməkdaşları tərəfindən aparılmış elmi-tədqiqatlardan əldə olunan nəticələrinin transferi barədə məlumat vermək olub.
Görüşdə universitetdə ixtiraçılığın və patent işinin metodologiyası və bununla da patent müraciətlərinin düzgün rəsmiləşdirməsi proseduru müzakirə olunub.