×

Xəbərlər

Xəbərlər 22 Dec 2017
ADNSU ilə Lançjou Neft-Kimya Kolleci arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Dekabrın 22-də Çində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının Lançjou Neft-Kimya Kollecinin prezidenti, professor Gao Pu ilə görüşüb.

Əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə məktəbin hər il 200-ə yaxın məzununun ADNSU-da hazırlıq, bakalavr və gələcəkdə magistr səviyyələri üzrə təhsil almalarına dair razılıq əldə olunub və tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, ADNSU-nun  rektoru, professor M.Babanlının Çinə səfəri dekabrın 24-dək davam edəcək. Səfər çərçivəsində ADNSU-nun rektorunun bir sıra görüşləri planlaşdırılıb.


Paylaş