×

Qrafik Dizayner




Vəzifənin məqsədi:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq universitetin korporativ üslubunun qorunmasına və inkişafına dəstək vermək, tədbir və layihələrin vizual təqdimatını hazırlamaq, rəqəmsal və çap materiallarının dizaynını həyata keçirmək, universitetin fəaliyyətinin daha effektiv və cəlbedici şəkildə təqdim olunmasına töhfə vermək.


Vəzifə öhdəlikləri:

  • Universitetin korporativ üslubuna uyğun vizual materialların hazırlanması
  • Sosial media paylaşımları üçün afişa, banner, reklam vizualları və digər qrafik materialların dizayn edilməsi
  • Tədbirlər üçün sərgi stendləri, məlumat lövhələri, təqdimat fonları, buklet, broşür, flayer, sertifikat və digər tanıtım materiallarının hazırlanması
  • Çap məhsulları üçün dizaynların texniki tələblərə uyğun hazırlanması
  • Universitetin tədbirləri, layihələri və kampaniyaları üçün yaradıcı vizual həllərin hazırlanması
  • Mövcud korporativ üslubun və dizayn standartlarının qorunması
  • Müvafiq şöbələr və komanda üzvləri ilə əməkdaşlıq edərək operativ dizayn işlərinin hazırlanması
  • Sosial media və rəqəmsal platformalar üçün müasir yanaşmalara uyğun vizual məzmunun hazırlanması
  • Təqdimat materiallarının və infoqrafikaların hazırlanması
  • Dizayn fayllarının və arxiv materiallarının sistemli şəkildə saxlanılması


Namizədə qoyulan tələblər:

  • Qrafik dizayn sahəsində ən azı 2 il iş təcrübəsi
  • Adobe Photoshop, Adobe Illustrator və digər dizayn proqramlarında işləmək bacarığı
  • Yaradıcı yanaşma və estetik zövq
  • Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı
  • Çap və rəqəmsal dizayn prinsipləri haqqında ümumi biliklər
  • Məsuliyyətli, təşəbbüskar və detallara diqqətli olmaq
  • Hərəkətli qrafika (Motion Design) və video montaj üzrə bilik və bacarıqların olması üstünlük hesab olunur


Dil və rəqəmsal bacarıqlar:

  • Azərbaycan dilində sərbəst ünsiyyət və yazı bacarığı
  • İngilis dili biliyinin olması üstünlükdür
  • MS Office proqramları və qrafik dizayn alətlərindən istifadə bacarığı


Şəxsi və rəhbərlik səriştələri:

  • Məsuliyyətli və diqqətli olmaq
  • Tapşırıqları vaxtında və operativ yerinə yetirmək bacarığı
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
  • İşə yaradıcı yanaşma və təşəbbüskarlıq


Biz nə təklif edirik:

  • Peşəkar və dəstəkləyici iş mühiti
  • Maraqlı və yaradıcı layihələrdə iştirak imkanı
  • Peşəkar inkişaf və öyrənmə imkanları
  • Müasir iş şəraiti və lazımi texniki təminat
  • Universitetin inkişaf edən və innovativ komandasının üzvü olmaq imkanı



Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:

👉Müraciət formu



QEYD: Əmək haqqı namizədin bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsinin nəticələrinə əsasən müəyyən edilir.