×

Reytinqlər şöbəsi



Reytinqlər şöbəsi universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və strateji inkişafının dəstəklənməsi məqsədilə fəaliyyət göstərir. Şöbə müxtəlif qlobal reytinq sistemlərini təhlil edərək universitetin göstəricilərini izləyir və qiymətləndirir. Eyni zamanda, müvafiq məlumatların toplanması, emalı və təqdim edilməsi proseslərini koordinasiya edir. Reytinqlər şöbəsi universitetin beynəlxalq imicinin gücləndirilməsində mühüm rol oynayır.

Əsas fəaliyyət istiqamətləri

  • Beynəlxalq reytinqlərin (QS, THE, UI GreenMetric, RUR, HE və s.) metodologiyalarının sistemli şəkildə təhlilini həyata keçirmək
  • Universitetin reytinqlərdə mövqeyinin dinamikasını mütəmadi olaraq izləmək və müqayisəli analizlər aparmaq
  • Reytinqlər üzrə statistik məlumatların emalı və analitik hesabatların hazırlanmasını həyata keçirmək
  • Beynəlxalq reytinq təşkilatları və tərəfdaş qurumlarla əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək
  • Universitetin qlobal mövqeyinin gücləndirilməsi üçün strateji yanaşmaların formalaşdırılmasında iştirak etmək
  • Reytinq indikatorları üzrə performansın artırılmasına yönəlmiş fəaliyyət planlarının hazırlanmasına töhfə vermək
  • Müvafiq sahələr üzrə beynəlxalq təcrübə və trendləri araşdırmaq və təhlil etmək

Əsas vəzifələri

  • Reytinqlər üçün tələb olunan məlumatların dəqiq, tam və vaxtında toplanmasını və təqdim olunmasını təmin etmək
  • Universitetin struktur bölmələri ilə koordinasiyanı təşkil edərək məlumat axınının effektivliyini təmin etmək
  • Təqdim olunan məlumatların düzgünlüyünü yoxlamaq və keyfiyyətinə nəzarət etmək
  • Reytinqlərə təsir edən əsas göstəriciləri müəyyənləşdirmək və onların yaxşılaşdırılması üzrə konkret təkliflər vermək
  • Universitet rəhbərliyinə əsaslandırılmış analitik hesabatlar və tövsiyələr təqdim etmək
  • Reytinqlərlə bağlı daxili məlumat bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək
  • Müvafiq reytinq platformalarına məlumatların yerləşdirilməsi və kommunikasiya proseslərini icra etmək
  • Universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlərin icrasında iştirak etmək

Rəhbərlik

Reytinqlər üzrə Rektor müşaviri, dosent: Ülviyyə Abbasova

Ülviyyə Abbasova 20 ildən artıqdır ki, tədris və beynəlxalq akademik əməkdaşlıq sahələrində fəaliyyət göstərir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rektorun reytinqlər üzrə müşaviri vəzifəsini icra edir. O, qlobal universitet reytinqləri və akademik keyfiyyət təminatı üzrə ekspert olaraq fəaliyyət göstərir və filologiya üzrə fəlsəfə doktorudur.


Əlaqə:

Telefon (daxili): 3200

E-poçt: u.abbasova@asoiu.edu.az

Ümumi Əlaqə:

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 20

Otaq nömrəsi: 501

Telefon (daxili): 3220

İş saatları: 09:00-17:30


Əməkdaşlar

Sıra Ad, soyad Vəzifə E-poçt Telefon
1 Çingiz Qarayev Baş mütəxəssis chingiz.qarayev.m@asoiu.edu.az 051 623 25 23
2 Səbinə Rüstəmova Mütəxəssis sabina.rustamova@asoiu.edu.az 050 488 30 95
3 Dilruba Quliyeva Mütəxəssis dilruba.quliyeva@asoiu.edu.az 050 731 42 49

Strukturun əsas xidmətləri və fəaliyyətləri:

  • Universitetin beynəlxalq reytinqlərdə (QS, THE, UI GreenMetric, RUR, HE və s.) iştirakının təşkili və idarə olunması
  • Universitetin reytinq göstəriciləri üzrə analitik təhlil və hesabatların hazırlanması.
  • Struktur bölmələrə reytinq indikatorları və metodologiyaları ilə bağlı məsləhət və metodiki dəstəyin verilməsi
  • Reytinqlərdə irəliləyiş üçün strateji təkliflərin hazırlanması və tətbiqinə dəstək.
  • Beynəlxalq reytinq təşkilatları ilə kommunikasiya və məlumat mübadiləsinin həyata keçirilməsi
  • Universitetin qlobal mövqeyinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərin koordinasiyası
  • Reytinqlərlə bağlı məlumat bazasının idarə olunması və davamlı yenilənməsi

Məlumata cavabdeh şəxs (koordinator)

Baş mütəxəssis: Çingiz Qarayev

Telefon: 051 623 25 23

E-poçt: chingiz.qarayev.m@asoiu.edu.az