×

Start-up və TTO şöbəsi



Start-up və TTO şöbəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin innovasiya, sahibkarlıq və texnologiya transferi istiqamətlərini əlaqələndirən əsas struktur bölmələrindən biridir.

Şöbə tələbə, müəllim və tədqiqatçıların innovativ ideyalarının inkişafına, startapların formalaşdırılmasına, elmi nəticələrin kommersiyalaşdırılmasına və universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə dəstək verir. Eyni zamanda inkubasiya proqramları, hakatonlar, mentorluq, prototipləmə və innovasiya ekosistemi üzrə təşəbbüslərin koordinasiyasını həyata keçirir.

Əsas fəaliyyət istiqamətləri

  • Universitetdə startap mədəniyyətinin təşviqi, innovasiya təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi.
  • İnkubasiya və akselerasiya tipli proqramların, hakatonların, ideya müsabiqələrinin, demo day və digər innovasiya yönümlü tədbirlərin təşkili və idarə olunması.
  • Texnologiya transferi, sənaye ilə əməkdaşlıq, prototipləmə infrastrukturu, mentorluq dəstəyi və layihələrin bazara çıxış imkanlarının genişləndirilməsi.
  • Tələbə, müəllim və tədqiqatçıların innovativ ideyalarının müəyyənləşdirilməsi, qiymətləndirilməsi və inkişaf yol xəritəsinin hazırlanması.
  • Startap komandaları üçün təlim, mentorluq, MVP planlama, bazar analizi, biznes modeli, pitch hazırlığı və investor hazırlığı istiqamətlərində dəstəyin göstərilməsi.
  • Universitetin innovasiya infrastrukturu, laboratoriyaları və prototipləmə imkanlarından səmərəli istifadəni təşkil etmək, tərəfdaşlarla əlaqələri koordinasiya etmək və elmi nəticələrin kommersiyalaşdırılmasına töhfə vermək.

Rəhbərlik

Start-up və TTO şöbəsinin müdiri: Əhməd Əhmədzadə
PhD namizədi, baş müəllim


Əhməd Əhmədzadə tətbiqi süni intellekt, innovasiya idarəçiliyi və texnologiya transferi sahələrində fəaliyyət göstərən akademik və idarəçi mütəxəssisdir.

O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Start-up və TTO şöbəsinin fəaliyyətini əlaqələndirir, inkubasiya proqramları, hakatonlar, sənaye tərəfdaşlıqları və prototipləmə təşəbbüslərinə rəhbərlik edir.

Eyni zamanda universitetdə baş müəllim kimi fəaliyyət göstərir, AI/ML, sahibkarlıq və rəqəmsal innovasiya istiqamətlərində tələbələr və startap komandaları ilə işləyir. Tədqiqat maraqları arasında tətbiqi AI, robototexnika, riskəsaslı qərarvermə və NLP əsaslı plagiatlığın aşkarlanması yer alır.


Əlaqə:

Telefon (daxili): 3130

E-poçt: ahmad.ahmadzada@asoiu.edu.az

Ümumi Əlaqə:

Ünvan: ADNSU, 2-ci korpus, 7-ci mərtəbə

Telefon (daxili): 3130

E-poçt: startupandtto@asoiu.edu.az

İş saatları: 09:00-17:30


Əməkdaşlar

Sıra Ad, soyad Vəzifə E-poçt Telefon
1 Əhmədzadə Əhməd Vüqar şöbə müdiri ahmad.ahmadzada@asoiu.edu.az 051 610 77 00
2 Sadıqova Aysel Vaqif baş mütəxəssis aysel.sadiqova@asoiu.edu.az 055 244 87 20
3 Həbibova Adilə Zeynal aparıcı mütəxəssis adila.habibova@asoiu.edu.az 051 506 40 60
4 Mircəfərova Mehriban Məsud aparıcı mütəxəssis mehriban.mircafarova@asoiu.edu.az 055 292 73 47
5 Qədimov Qədim Coşqun mütəxəssis gadim.gadimov@asoiu.edu.az 070 606 98 76

Strukturun nəzdində fəaliyyət göstərən mərkəzlər / laboratoriyalar

Sıra Mərkəzin / laboratoriyanın adı Təsviri Rəhbər
1 İnnovasiya Mərkəzi - AİM İnnovasiya proqramları, mentorluq, tədbirlər və prototipləmə fəaliyyətlərinin koordinasiya olunduğu əsas məkan. Start-up və TTO şöbəsi
2 AİM - Robototexnika laboratoriyası Robot sistemləri, avtomatlaşdırma, sensorlar və tətbiqi mühəndislik həlləri üzrə eksperiment və layihələr üçün laboratoriya Start-up və TTO şöbəsi
3 AİM - Elektronika və kompüter laboratoriyası Elektronika, embedded sistemlər, kompüter əsaslı tətbiqlər və ilkin texnoloji prototiplərin hazırlanması üçün istifadə olunur Start-up və TTO şöbəsi
4 AİM - Mexanika və prototipləmə sahəsi Mexaniki hissələrin hazırlanması, 3D printerlə prototipləmə və funksional model quruculuğu üçün nəzərdə tutulmuş sahə Start-up və TTO şöbəsi

Mərkəz / laboratoriyanın fəaliyyət istiqaməti

ADNSU-da fəaliyyət göstərən İnnovasiya Mərkəzi Start-up və TTO şöbəsi tərəfindən kurasiya olunur və universitetin innovasiya ekosisteminin inkişafı, startap təşəbbüslərinin dəstəklənməsi, eləcə də prototipləşdirmə və tətbiqi texnologiya fəaliyyətlərinin əlaqələndirilməsi baxımından mühüm funksiyanı yerinə yetirir.

Mərkəzdə həmçinin robotexnika, elektronika, mexanika və kompüter laboratoriyaları, eləcə də prototipləşdirmə üçün 3D printer avadanlığı mövcuddur. Bu imkanlar tələbələrin və komandaların ideyalarını praktiki mühitdə sınaqdan keçirməsinə, ilkin prototiplər hazırlamasına və texniki həllər üzərində işləməsinə şərait yaradır.

Əsas layihələr və ya fəaliyyət sahələri

IDEALISE, DEEP TECH inkubasiya proqramı, SkillCamp, hakatonlar, startup yarışları və sənaye yönümlü innovasiya təşəbbüsləri.

Strukturun əsas xidmətləri və fəaliyyətləri

  • İnkubasiya proqramları, mentorluq, təlim və startap inkişaf dəstəyi
  • Hakaton, innovasiya müsabiqələri, demo day və ekosistem tədbirlərinin təşkili
  • Texnologiya transferi, prototipləmə infrastrukturu və sənaye ilə əməkdaşlıq üzrə koordinasiya

Məlumata cavabdeh şəxs (koordinator)

Müdir: Əhməd Əhmədzadə

Telefon: 0516107700

E-poçt: ahmad.ahmadzada@asoiu.edu.az