×

İnformasiya və statistika şöbəsi



Şöbə universitetin strateji inkişaf hədəflərinə uyğun olaraq müxtəlif dövlət qurumları ilə inteqrasiya olunmuş informasiya sistemlərində təhsil subyektlərinə dair məlumatların düzgün, tam və aktual uçotunun aparılmasına nəzarəti həyata keçirir. Bununla yanaşı, dövlət informasiya sistemlərinə məlumatların vaxtında və dəqiq daxil edilməsini təmin edir, statistik məlumatların sistemli şəkildə toplanması, emalı və təhlilini təşkil edir. Eyni zamanda, təhsilalanların akademik hərəkətliliyinə dair əmr layihələrinin, diplom və digər təhsil sənədlərinin hazırlanmasını təmin edir və onların müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət edir.

Əsas fəaliyyət istiqamətləri

Təhsilalan məlumatlarının idarə olunması və informasiya təhlükəsizliyinin təmin edilməsi

  • Təhsilalanların akademik hərəkətliliyinin sənədləşdirilməsi və idarə olunması
  • Məzun olan təhsilalanların qeydiyyatı və təhsil sənədlərinin idarə olunması
  • Dövlət informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi
  • Statistik məlumatların toplanması, təhlili və hesabatlılığın təmin edilməsi

Əsas vəzifələri

  • Təhsilalan məlumatlarının məxfiliyini qorumaq və informasiya təhlükəsizliyi tələblərinə uyğun idarə olunmasını təmin etmək.
  • Təhsilalanların akademik hərəkətliliyi ilə bağlı (qəbul, bərpa, xaric, akademik möhlət və s.) sənədləşmə prosesini təşkil etmək və müvafiq əmrlərin hazırlanmasını təmin etmək.
  • Məzun statusuna dair məlumatların qeydiyyatını aparmaq və məzun kontingenti üzrə məlumat bazasını formalaşdırmaq.
  • Təhsilalanlara dair məlumatların dövlət informasiya sistemlərinə (ETN, EATDA, DSK, DİM və s.) düzgün və vaxtında ötürülməsinə nəzarət etmək.
  • Təhsilalan kontingenti üzrə statistik məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək.
  • Daxili idarəetmə və qərarvermə üçün analitik arayışlar və statistik məlumatlar hazırlamaq.
  • İllik, semestrlik və tematik statistik hesabatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək.
  • Məzunlara diplom və diploma əlavələrin hazırlanmasını təmin etmək, təkrar sənəd və arayışların verilməsini həyata keçirmək.
  • Təhsilalanlarla bağlı sənədləşmə və məlumat idarəçiliyi proseslərinin hüquqi və normativ tələblərə uyğun icrasına nəzarət etmək.
  • Akkreditasiya, audit və digər yoxlama prosesləri üçün tələb olunan məlumat və sənədləri hazırlamaq.

Rəhbərlik

Şöbə müdiri, dissertant: Həcər Eldarova

Eldarova Həcər Elxan qızı 15 ildən artıq müddətdə ali təhsil sistemində təhsil idarəçiliyi və keyfiyyət təminatı sahəsində müxtəlif vəzifələrdə (tyutor, mütəxəssis, baş mütəxəssis, dekan müavini, bölmə müdiri, şöbə müdiri, rektor müşaviri, təhsil və keyfiyyət eksperti və s.) fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində bakalavriat, magistratura və doktorantura təhsili almışdır. Həmçinin, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda ADNSU-nun Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasında baş müəllim kimi çalışır. O, 14-dən çox elmi məqalənin müəllifi və bir kitabın həmmüəllifidir. 2025-ci ildən etibarən ADNSU-da Tədris departamenti nəzdində fəaliyyət göstərən İnformasiya və statistika şöbəsinin müdiri vəzifəsində çalışır.


Əlaqə:

Telefon (daxili): 3330

E-poçt: hajar.eldarova@asoiu.edu.az

Ümumi Əlaqə:

Otaq nömrəsi: 312

Telefon: 3040, 4580, 5310

İş saatları: 08:30 – 18:00 (şöbə üzrə)


Əməkdaşlar

Sıra Ad, soyad Vəzifə E-poçt Telefon
1 Bünyatova Elvira Məharət Baş mütəxəssis elvira.bunyatova@asoiu.edu.az 4580
2 Sədrəddinbəyova Nərgiz Siyasət Baş mütəxəssis nargiz.sadraddinbayova@asoiu.edu.az 3040
3 Məmmədova Aytən Oqtay Aparıcı mütəxəssis aytan.mammadova.o@asoiu.edu.az 3040
4 Seyidli Sevinc Əhməd Aparıcı mütəxəssis sevinc.seyidli.a@asoiu.edu.az 4580
5 Umudova Səbinə Səttar Mütəxəssis sabina.umudova.s@asoiu.edu.az 3040
6 Əsədova Kəmalə Sabir Mütəxəssis asadova.kamala.sabir@asoiu.edu.az 5310
7 İmanova Eteri Zahid Mütəxəssis imanova.eteri@asoiu.edu.az 4580
8 Tağiyeva Gülnar Taği Mütəxəssis gulnar.tagiyeva@asoiu.edu.az 4580
9 Ələmova Nuranə Ələddin Mütəxəssis nurana.alamova@asoiu.edu.az 3040
10 Mustafayeva Sevinc Valeh Operator-kargüzar sevinj.mustafayeva@asoiu.edu.az 4580

Strukturun əsas xidmətləri və fəaliyyətləri

  • Təhsilalanlara dair məlumatların toplanması, idarə olunması və statistik təhlilinin aparılması.
  • Təhsilalanların akademik hərəkətliliyi ilə bağlı sənədləşmə prosesinin təşkili.
  • Məzun kontingenti üzrə məlumat bazasının formalaşdırılması və diplom sənədlərinin hazırlanmasının təmin edilməsi.
  • Məlumatların dövlət informasiya sistemlərinə ötürülməsi və hesabatlılığın təmin edilməsi.

Məlumata cavabdeh şəxs (koordinator)

Operator-kargüzar: Sevinc Mustafayeva

Telefon (daxili): 4580

E-poçt: sevinj.mustafayeva@asoiu.edu.az