Rəqəmsal Energetika Mərkəzi energetika sahəsində rəqəmsal texnologiyaların tətbiqi, tədqiqatların aparılması və müasir innovativ həllərin hazırlanması məqsədilə fəaliyyət göstərir. Mərkəz enerji sistemlərinin rəqəmsallaşdırılması, ağıllı şəbəkələr, enerji səmərəliliyi və məlumat texnologiyalarının energetika sahəsində tətbiqi istiqamətində fəaliyyət aparır. Mərkəz həmçinin tələbələrin və gənc tədqiqatçıların elmi araşdırılmasının aparılmasına köməklik göstərir.
Rəqəmsal Energetika Mərkəzinin əsas fəaliyyət istiqamətləri rəqəmsal energetika sahəsində elmi-tədqiqat və innovasiya fəaliyyətinin təşkili və həyata keçirilməsini əhatə edir. Mərkəzdə enerji sistemlərinin rəqəmsallaşdırılması, ağıllı şəbəkələr (Smart Grid), rəqəmsal yarımstansiyalar, SCADA, IoT, süni intellekt və böyük verilənlər texnologiyalarının energetika sahəsində tətbiqi üzrə tədqiqatlar aparılır.
Eyni zamanda bərpa olunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyası və bu proseslərin rəqəmsal idarəetmə mexanizmlərinin hazırlanması istiqamətində elmi fəaliyyət həyata keçirilir. Mərkəz enerji səmərəliliyi, enerji auditi və enerji idarəetmə sistemləri üzrə tədqiqatlar aparır, həmçinin fakültələrlə əməkdaşlıq çərçivəsində tədris prosesinə metodiki və elmi dəstək göstərir. Bununla yanaşı, yerli və beynəlxalq layihələrdə iştirak edir və enerji sektorunun rəqəmsal inkişafı ilə bağlı təşəbbüslərə elmi-analitik töhfələr verir.
Rəqəmsal Energetika Mərkəzinin əsas vəzifələri rəqəmsal energetika sahəsində elmi-tədqiqat və innovasiya fəaliyyətinin təşkili və əlaqələndirilməsindən ibarətdir. Mərkəz enerji sistemlərinin rəqəmsallaşdırılması üzrə metodoloji yanaşmaların və texniki həllərin hazırlanması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda fakültənin təklifləri nəzərə alınmaqla rəqəmsal energetika üzrə tədris prosesinin elmi-metodiki baxımdan təkmilləşdirilməsinə dəstək verir.
Mərkəz bakalavr, magistrant, doktorant və tədqiqatçıların elmi araşdırmalar aparması üçün müvafiq şərait yaradır və elmi-tədqiqat məqsədli laboratoriya, modelləşdirmə və simulyasiya mühitlərinin formalaşdırılmasına töhfə verir. Həmçinin fakültə və digər struktur bölmələrdən daxil olan təklifləri təhlil edir, fəaliyyət istiqamətləri üzrə məlumatların və elmi nəticələrin qorunmasını təmin edir və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Rəqəmsal energetika mərkəzinin rəhbəri: Elman Əlixanov
Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin Elektroenergetika ixtisası üzrə, magistr təhsilini isə həmin universitetin Enerji menecmenti ixtisası üzrə almışdır. 2020-ci ildən etibarən müxtəlif dövlət qurumlarında texniki və analitik istiqamətlər üzrə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Energetika, elektrotexnika, standartlaşdırma və rəqəmsal texnologiyaların tətbiqi sahələrində təcrübəyə malikdir. 2025-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin Rəqəmsal Energetika Mərkəzinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. Energetika sahəsində rəqəmsal həllərin tətbiqi, elmi-tədqiqat fəaliyyətinin təşkili və universitet–sənaye əməkdaşlığının inkişafı istiqamətində çalışır.
Telefon: 0708226838
Telefon (daxili): 4590
E-poçt: elman.alixanov.h@asoiu.edu.az
Ünvan: Bakı şəh., Azadlıq prospekti, 34
Telefon: 0124934590
İş saatları: 09:00-17:30
| Sıra | Ad, soyad | Vəzifə | E-poçt | Telefon |
|---|---|---|---|---|
| 1 | Elman Əlixanov | Rəqəmsal energetika mərkəzinin rəhbəri | elman.alixanov.h@asoiu.edu.az | 0708226838 |
Rəqəmsal Energetika Mərkəzinin rəhbəri: Elman Əlixanov
Telefon: 0708226838
E-poçt: elman.alixanov.h@asoiu.edu.az